Reklam: High Technic
hightechnic

Sumqayıtda içi sərnişinlə dolu avtobus "Kamaz"la toqquşdu - 15 yaralı

Sumqayıt şəhərində içi sərnişinlə dolu avtobus qəza törədib.

Yenicag.az xəbər verir ki, Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsi istiqamətində hərəkətdə olan 3 saylı sərnişin avtobusu “Kamaz” markalı yük maşını toqquşub.

Nəticədə avtobusda olan şərnişinlərdən 15 nəfəri xəsarət alıb. Yaralananlar dərhal Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

www.yenicag.az

14491