Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Sumqayıtda iki uşaq anasını zorlayaraq öldürən müəllimin cəzası - AÇIQLANDI

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qətl törətməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Nuriyev 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında F.Nuriyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, F.Nuriyev 1982-ci il təvəllüdlü Sevda Bayramovanı qətlə yetirib. Məlumata görə, o, mərhumu əvvəl zorlayıb, sonra isə boğaraq öldürüb. Ailəli S.Bayramova 2 övlad anası olub.

F.Nuriyev idmanla məşğul olub, Sumqayıtda 10 nömrəli məktəbdə məşq keçirmiş. O, Sumqayıtda 3-cü mikrorayonda yaşayıb və bir azyaşlı övladı var.

F.Nuriyev Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq), 149.1-ci (zorlama), 1501.1-ci (seksual xarakterli hərəkətlər etmə), 120.2.6-cı (qəsdən adam öldürmə, zorlama və seksual xarakterli başqa zorakı hərəkətlə bağlı adam öldürmə) maddəsi ilə ittiham edilib.

www.yenicag.az

2221
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM