Sumqayıt şəhərində xəstəxanada müalicə olunan qadın intihar edib.
Yenicag.az-ın məlumatına görə, hadisə 2 saylı Şəhər Xəstəxanasında baş verib.
Şəhərin Corat qəsəbə sakini, 1952-ci il təvəllüdlü Məhrubə Əsgərova müalıcə aldığı xəstəxananın 5-ci mərtəbəsidə yerləşən palatadan özünü ataraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./Report/