Sumqayıtda istehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar məhv edildi

Sumqayıtda istehlaka yararsız və istifadə müddəti bitmiş məhsullar utilizasiya edilib. 

 

Yenicag.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər veririk ki, proses “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda aparılıb. “Fenix Trade” MMC-yə məxsus ümumi çəkisi 200 kq olan dəniz məhsulları və alkoqolsuz içkilər məhv edilib.