!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda iti başından güllələdilər: Araşdırma başladı - VİDEO

!Reklam – Yazi

Sumqayıtda itlərin güllələnməsi ilə bağlı yayılan görüntülər heyvansevərlərin hiddətinə səbəb olub.

Yenicag.az xəbər verir ki, heyvansevərlər bu cür hadisələrlə mütəmadi qarşılaşdıqlarını bildiriblər.

Heyvansevərlərdən biri Anar Süleymanov bildirib ki, axırıncı dəfə belə hadisə “Şərq bazarı” adlı yerdə baş verib:

“Bizim könüllü hədisəni çəkib. İt can verirdi. Baxmayaraq ki, başından güllə dəymişdi”.

Heyvanların Müdafiəsi İctimai Birliyinin meneceri Fərid Mansurov isə bildirib ki, qanunu pozanların şəxsiyyəti müəyyən olunmalıdır, DİN əməkdaşları protokol tərtib edib ETSN-ə göndərməlidir.

Məsələ ilə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, qurumun itlərin tutulması, zərərsizləşdirməsi və bu kimi məsəslələrlə məşğul olan hər hansı bölməsi yoxdur. Qurum görüntülərin harada və nə vaxt çəkilməsi ilə bağlı araşdırmalara başlayıb.

Sahibsiz heyvanların öldürülməsi və işgəncə verilməsinə görə İnzibati Xətalar Məcəlləsində cəzalar nəzərdə tutulub. Həmçinin Azərbaycan ev heyvanlarının qorunması haqqında Avropa konvensiyasına qoşulub.

www.yenicag.az

11673
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv