Sumqayıtda iti öldürən şəxsə bu cəza verildi

Sumqayıt şəhərində sahibsiz itin ölldürülməsi barədə sosial şəbəkədə paylaşılan görüntülər Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, iti öldürən şəxsin Sumqayıt şəhər sakini Yavər Hüseynov olduğu müəyyən edilib.

Faktla bağlı Y.Hüseynov barəsində inzibati protokol tərtib olunub.

Xidmət rəsmisi Asif Məcidov bildirib ki, protokol Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Sumqayıt regional ekologiya idarəsinə təqdim olunub. A.Məcidov deyib ki, qanun pozucusu Y.Hüseynov barəsində cərimə qərarı çıxarılaraq o qanunamüvafiq qaydada cərimə edilib.

COP29