Sumqayıtda itkin düşən məktəblidən xəbər var – FOTO / YENİLƏNDİ

Sumqayıtda itkin düşən məktəbli, 2010-cu il təvəlllüdlü Nihat Pənahlı tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə N. Pənahlının yaxınları məlumat verilib.

Xatırladaq ki,  yeddinci sinif şagirdi günorta saat 13-14 radələrində dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.

Qeyd edək ki, o, Sumqayıt şəhər 1 nömrəli orta məktəbin şagirdidir.

***

22:37

Sumqayıtda 7-ci sinif şagirdi, 2010-cu il təvəlllüdlü Nihat Pənahlı itkin düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, 12 yaşlı məktəbli günorta saat 13-14 radələrində dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.

Hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə məlumat verilib.

N. Pənahlını görənlərdən polisə məlumat vermələri xahiş olunur.