Sumqayıtda kafedə dəhşətli qətl – 18 bıçaq zərbəsi ilə öldürüldü
Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Yenicag.az-ın məlumatına görə, hadisə şəhərin 11-ci mikrorayonunda yerləşən “Xanə” kafesinin qarşısında olub.
1978-ci il təvəllüdlü Babayev Tahir Gülmurad oğlu naməlum şəxs tərəfindən 18 bıçaq zərbəsi ilə qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır./Report/