Sumqayıtda kafedə yanğın

Sumqayıt şəhərində ümumi sahəsi 150 m2 olan kafenin yanar konstruksiyaları 90 m2 sahədə və içərisində olan əşyalar yanıb.

Yenicag.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan lambirdən ibarət tavan 30 m2 sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.