Sumqayıtda evinə kamera quraşdırmağa çalışan kişi hündürlükdən yıxılaraq ölüb.
Yenicag.az xəbər verir ki, hadisə “Qurd dərəsi” adlanan ərazidə baş verib.
1962-ci il təvəllüdlü Adıgözəlov Semur Dadaş oğlu ikinci mərtəbəyə çıxıb. Hündürlükdən yıxılan şəxs hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.