!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda karton kombinatında yanğın

!Reklam – Yazi

Sumqayıt şəhərində axşam saatlarında yanğın hadisəsi baş verib.

Yenicag.az ONA-ya istinadən xəbər verir ki, yanğın Bakı-Quba yolunun 45-ci kilometrliyində Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Kağız və Karton İstehsalat Kombinatında qeydə alınıb.

Ümumi sahəsi 5000 kvadratmetr olan kombinatın 500 kvadratmetr ərazidə yerləşən istehsal sahələrindən birində 200 kvadratmetr ərazidə karton məmulatları yanıb.
Dərhal hadisə yerinə Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

15565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv