Sumqayıtda keçmiş məhbusda qanunsuz marixuana aşkarlandı

Sumqayıt şəhər sakinindən qanunsuz marixuana götürülüb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Əliyevdən 480 qrama yaxın marixuana götürülüb.