Sumqayıtda liftdə yanğın – Təxliyə

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində liftin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Şaxtadan keçən elektrik kabelləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.