Sumqayıtda marketdə baş verən yanğın söndürüldü

Sumqayıt şəhəri 14-cü məhəllədə yerləşən “Bərəkət” marketdə baş vermiş yanğın nəticəsində, ilkin məlumata əsasən, ümumi sahəsi 1200 m² olan üçmərtəbəli binanın dam örtüyü və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 640 m² sahədə yanıb.

Yenicag.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.