Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sumqayıtda marşurut avtobusu qəza törətdi: yaralılar var

Sumqayıt şəhərində sərnişin avtobusunun zəncirvari qəzası 3 nəfəri xəstəxanalıq edib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə 2-ci məhəllə ərazisində baş verib.

Belə ki, Sumqayıtda sərnişin daşıma ilə məşğul olan 7 nömrəli marşurut avtobusu, idarəetməni itirərək, KİA və Hundai markalı minik avtomobillərinə dəyərək, zəncirvari qəza törədib. Nəticədə minik avtomobillərində olan şərnişinlər 1980-ci il təvəllüdlü Məmmədov Anar Zahid oğlu, 1993-cü il təvəllüdlü Həsənova Nigar Əmirəhməd qızı və 1993-cü il təvəllüdlü Həsənova Zərifə Cəbrayıl qızı xəsarət alaraq xəstəxanaya çatdırılıblar.

Məlumata görə, hər üç yaralının vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

2026
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100