Sumqayıtda maşın “astanovka”ya girdi – yaralılar var

05be4219-6321-4c21-8810-e8776ec01670Sumqayıt şəhərində yol-nəqliyyat qəzası baş verib.

11-ci mikrorayonda “Priora” markalı avtomobil avtobus dayanacağına girib.

Hadisə nəticəsində dayanacaqda duran iki nəfər yaralanıb. Onlar “Təcili yardım” maşını ilə xəstəxanaya aparılıb. Yaralıların vəziyyənin ağır olduğu bildirilir. Onlardan birinin üzərinə dayanacağın qırılan şüşə layı düşüb.

Avtomobildə olan şəxslər xəsarət almayıb(report).