Sumqayıtda mənzildə kişi meyiti tapıldı

Sumqayıtda 37 yaşlı kişi meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, meyit şəhərin Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evlərinin birində aşkarlanıb.

Araşdırma zamanı həmin şəxsin 1982-ci il təvəllüdlü Əliyev Mehman Taraş oğlu olduğu müəyyən edilib. Onun narkotikdən öldüyü məlum olub.

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

COP29