Sumqayıt şəhərində hərbi sursat aşkar olunub.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Yeniçağ.Az-a verilən məlumata görə, rayonun Sumqayıt şəhərində döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri lazımı tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və döyüş tətbiqinə yararlı 1 ədəd 122 millimetr çaplı top mərmisini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Xilasedicilər əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.
Əməliyyat saat 21:00-da başa çatıb.
Yeniçağ.Az