Sumqayıtda meyit tapıldı

Sumqayıtda evdən kişi meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində baş verib. Fərdi yaşayış evlərinin birindən 1965-ci il təvəllüdlü Vidadi Məlikovun meyiti aşkarlanıb.

67 yaşlı kişi evdə tək yaşayırmış. Meyiti tapılan şəxsin narkotik istifadəçisi olduğu və yüksək dozalı narkotik qəbulundan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.