Sumqayıtda minik avtomobili ilə avtobus toqquşdu – XƏSARƏT ALAN VAR

Sumqayıt şəhərində minik avtomobili ilə sərnişin avtobusu toqquşub.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, “Tofaş” markalı avtomobil 7 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa çırpılıb.

Nəticədə sürücü 1996-cı il təvəllüdlü Kənan Şahbazov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.