Sumqayıtda motosikletlə avtomobil toqquşdu: Xəsarət alan var 

Sumqayıtda xəsarətlə nəticələnən qəza baş verib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.

“Xəzər” markalı avtomobil kuryer xidməti ilə məşğul olan motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü 2001-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Elgün Səfərov xəsarət alıb.

21 yaşlı gənc təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.