“Sumqayıt” futbol klubunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Yenicag.az xəbər verir ki, iclasda Kamran Quliyevə klubdakı fəaliyyətinə görə təşəkkür edilib, gələcək işlərində uğurlar arzulanıb. Klubun prezidentinin səlahiyyətlərinin icrası isə vitse-prezident Vaqif Ömərova tapşırılıb.
Qeyd edək ki, Vaqif Ömərov “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədridir. Kamran Quliyev isə fevralın 16-da “Neftçi” klubuna prezident təyin olunub.