Sumqayıtda naməlum kişi meyiti aşkarlandı – FOTO

Sumqayıt şəhəri Novxanı bağlar massivində 60-70 yaşlarında boyu 163 santimetr olan naməlum kişi meyiti aşkar edilib.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, aparılan ilkin araşdırmalar zamanı onun şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayıb.

Şəxsiyyəti istintaqa məlum olmayan şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Sumqayıt Şəhər Polis İdarəsinə (012) 654-02-022 və (055-730-85-77) nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.