Sumqayıt şəhərində ümumi sahəsi 200 m² olan, bir dam altında tikilən, birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən sahəsi 10 m² olan obyektin yanar konstruksiyaları, içərisində 4 ədəd soyuducu və əşyalar yanıb.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, digər obyekt yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.