Sumqayıtda olay: xəstə özünü binadan atdı

intiharr sum 1449737465_1Sumqayıtda intihar hadisəsi baş verib.

Yenicag.az xeberle.com-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında qeydə alınıb.

Xəstəxananın terapiya şöbəsində müalicə alan bir xanım özünü 4-cü mərtəbədən ataraq intihar edib. Məlumata görə həmin şəxs elə yerindəcə keçinib.

Hadisənin hələlik hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.