Sumqayıtda QƏTL – Mübahisə ölümlə NƏTİCƏLƏNDİ

Sumqayıtda qətl törədilib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. İki nəfər arasında düşən mübahisə qanla nəticələnib. Belə ki, 1977-ci il təvəllüdlü Rövşən Musayev bıçaqlanıb. O, aldığı bıçaq zərbələrindən hadisə yerində ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Qətli törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.