Sumqayıtda yol-nəqliyyat hadisəsində xəsarət almış şəxs xəstəxanada ölüb.
Yenicag.az xəbər verir ki, qəza mayın 21-də şəhərin Sülh prospektində qeydə alınıb.
Yolu keçmək istəyən piyada 1964-cü il təvəllüdlü Məmmədova Gülyaz Ağayar qızını avtomobil vurub. Ağır bədən xəsarətləri alan 56 yaşlı qadın Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və bu gün səhər saatlarında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.