Sumqayıtda radiasiya aşkarlandı

Sumqayıt şəhərinin Metallurq küçəsindəki zavodların birinin ərazisində radioaktiv maddə aşkarlanıb.

Yenicag.az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Ərazi mühafizə olunub.

Hadisənin səbəbləri araşdırılır.