!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sumqayıtda reyd - Sürücülər cərimələndi - FOTO

!Reklam – Yazi

Sumqayıt şəhərində “Təmiz hava” aylığı çərçivəsində maarifləndirci-profilaktik tədbir keçirilib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Sumqayıt şəhər Polis idarəsinin Dövlət yol polisi şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.

Tədbirin keçirilməsində məqsəd, atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.

Təhlükəsizlik tədbirləri zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra, sahibləri haqqında müvafiq qaydada qərar qəbul edilib. “Təmiz Hava”aylığı çərçivəsində kemirilən tədbir zamanı şəhər ərazisində 50 avtomobil saxlanılıb, normadan artıq dəm qazı olan 5 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib. Bundan başqa, digər qayda pozan sürücülər barəsində müvafiq qaydada cərimələr tətbiq edilib.

www.yenicag.az

3060
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv