Sumqayıtda sex kül oldu – Zəhərlənən var

Sumqayıt şəhərində ümumi sahəsi 200 m² olan süngər sexinin yanar konstruksiyaları və içərisində 1 ədəd dəzgah yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenicag.az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Yaxınlıqdakı sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.