Sumqayıtda şirkətdən yük maşınlarının hissələri oğurlandı

Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən şirkətlərdən birinə məxsus “Mercedes” markalı 7 yük avtomobilinin hissələrinin sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən qəsəbə sakinləri Murad Məhərərmov və Natiq Qarazadə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.