Sumqayıtda sürücü 28 ton qarğıdalının pulunu götürərək qaçıb

Sumqayıt şəhərində soyğunçuluq faktı qeydə alınıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, sürücü illərdir birgə işlədiyi vətəndaşın 10 min manatını mənimsəyərək qaçıb.

Zərərçəkmiş Samir Bəkirov iddia edir ki, illərdir yerli firmalardan birində onunla sürücü kimi işləyən 31 yaşlı Sumqayıt şəhər sakini İlkin Muradov adlı şəxs onun adına olan 28 tondan çox qarğıdalı məhsulunu “Shacman” markalı yük avtomobili ilə birgə qaçırıb. Sürücü məhsulu ünvana çatdıraraq əvəzində 10 min manata yaxın pul alıb və pulu məhsul sahibinə vermədən yoxa çıxıb. Yük maşını isə hadisədən iki gün sonra tapılıb.

S.Bəkirov ona dəymiş ziyanın geri qaytarılması üçün soyğunçunun evinə getsə də, onu tapa bilməyib. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

COP29