Sumqayıtda torpaq uçqunu – Ölən var

Sumqayıtda 3 nəfər torpaq uçqunu altında qalıb, 1 nəfər ölüb.

Yenicag.az-ın verdiyi məlumata görə, hadisə Sumqayıtda qazıntı işləri aparılan ərazidə baş verib.

Hadisə nəticəsində 3 nəfər dağıntı altında qalıb. Onlardan ikisini xilas etmək mümkün olsa da, 1 nəfər, 1986-cı il təvəllüdlü Abbasov Ramil Qabil oğlu torpaq altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır./Report/