Sumqayıtda toy korteji qəzaya düşdü: Yaralı var

Sumqayıt şəhərində toy korteji qəzaya düşüb.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Kortejdə olan avtomobillərdən biri Təmizlik departamentinin qadın işçisini vurub. Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(apa)