Sumqayıtda xəstəxananın həyətindən körpə meyiti tapıldı

Sumqayıtda uşaq xəstəxanasının həyətindən yeni doğulmuş körpənin meyiti tapılıb.

Yenicag.az-ın APA-ya istinadən xəbərinə görə, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb.

Körpənin 6-7 həftəlik olduğu təxmin olunur.

Meyit ərazidən götürülərək təhvil verilib.