Sumqayıtda yanğın – Ölən var

yanqin277Sumqayıtda yaşayış binası yanıb.

Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının zirzəmisində 5 m² sahədə məişət tullantıları yanıb.

Yanğının kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 1 nəfər kişi cəsədi aşkar olunub.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 04:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.