Sumqayıtda yanğın olub

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Yeniçağ.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində vətəndaşa məxsus “Opel” markalı minik avtomobili və ümumi sahəsi 6 m2 olan yardımçı tikilinin qapısı yanıb.

Avtomobilin və tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yeniçağ.Az