Sumqayıtda yanğın – Sakinlər təxliyə edildi

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və 0,5 m² sahədə mətbəx mebeli yanıb.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m² sahədə əriyib.

Yanğın zamanı 11 nəfər bina sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.