Sumqayıtda yaşayış binasında yanğın – 5 nəfər təxliyə edildi

Sumqayıtda yaşayış binasında yanğın olub.

Yenicag.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin yanar konstruksiyaları 6 m² sahədə qismən yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.