Sumqayıtda yaşayış binasında yanğın

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının dam örtüyünün taxta atmaları, dama yığılmış taxta tullantıları 10 m2 sahədə və 2 p.m elektrik kabeli yanıb.

Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.