Sumqayıtda yataqxanada yanğın – Sakinlər təxliyə olundu

Sumqayıtdakı beşmərtəbəli yataqxana binasında yanğın baş verib.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yataqxananın pilləkən qəfəsində taxtadan ibarət dolab 2 m2 sahədə yanıb.

Yanğın zamanı mənzillərdən 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.