Sumqayıtda yolu keçən azyaşlıları maşın vurdu

Sumqayıtda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisələrin hər ikisi şəhər ərazsində qeydə alınıb. Şəhər sakinləri, 2011-ci il təvəllüdlü Nağızadə Aydan Mahir qızı və 2003-cü il təvəllüdlü Niyazov Emil Fuad oğlunu yolu keçmək istəyərkən avtomobil vurub.

Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır./APA/