Sumqayıtda yük maşını yanıb

Sumqayıt şəhərində sahibi məlum olmayan “QAZEL” markalı yük avtomobilinin banının yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yeniçağ.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yeniçağ.az