Sumqayıtda zavodda yanğın: Xəsarət alan var

Sumqayıtda köhnə düymə zavodunda yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, yanğın zamanı bir nəfər huşunu itirib, ona ilkin tibbi yardım edildikdən sonra xəstəxanaya çatdırılıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.