Sumqayıtdakı ölümlə nəticələnən avtobus-qatar qəzasının TƏFƏRRÜATI

Bu gün Baş Sumqayıt stansiyasının yaxınlığında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən Yenicag.az-a verilən məlumatda bildirilib ki, saat 13:20-də 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub.

Hadisə nəticəsində qatar tərtibatçısı Murtuz Aleksey oğlu Abdullayev dünyasını dəyişib. Hadisənin başvermə səbəbi aidiyyəti üzrə araşdırılır. “Azərbaycan Dəmir Yolları” QSC adından Murtuz Abdullayevə Allahdən rəhmət, ailəsinə səbr diləyirik!