Sumqayıtdakı partlayışda xəsarət alan şəxslərdən daha biri öldü

Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri dünyasını dəyişib.

Yenicag.az verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev ölüb.

Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb.

A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır./Report/

Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.