Sumqayıtdakı yanğının təfərrüatı açıqlandı

Məlumat verildiyi kimi, Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsi, 34 ünvanında yerləşən şüşə sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 500m² olan şüşə emalı sexinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 600m² olan şüşə qabları istehsalı sexinin yanar konstruksiyaları 80m² sahədə, içərisində olan soba yanıb.

Sexin qalan hissəsi, bitişik anbar və talvar yanğından mühafizə olunub.

COP29