Reklam: High Technic
hightechnic

Sumqayıtdan Bakıya gələn gənc “Şamaxı yolu”nda itkin düşdü

Sumqayıt şəhər sakini Bakıda itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yaşayan, 1993-cü il təvəllüdlü Hüseynzadə İlkin Alim oğlu sentyabrın 30-da Bakının Yasamal rayonu, Moskva prospektində “Şamaxı yolu” adlanan ərazidə avtobusdan düşərək naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsində araşdırma aparılır./Trend/

www.yenicag.az

4763