“Sumqayıt”dan əzmkar qələbə – VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun ikinci oyun gününə yekun vurulub.

Yenicag.az xəbər verir ki, günün son matçında cari mövsüm çox yaxşı təsir bağışlayan “Zirə” səfərdə “Sumqayıt”la qarşılaşıb. Oyunda hesabı zirəlilər açıblar. Amma sonrakı dəqiqələrdə əzmkarlıq nümayiş etdirən meydan sahibləri sonda qələbəyə sevinən tərəf olbular.

Xatırladaq ki, bu gün keçirilən ilk oyunda “Neftçi” səfərdə “Kəpəz”ə qalib gəlib. Ötən gün isə “Səbail” “İnter”i 1:0 hesabıyla yenmişdi.

Tura sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
9-cu tur
21 oktyabr

“Sumqayıt” – “Zirə” 2:1
Qol: A.Yunanov, 38. V.Hüseynov, 83 – S.Tounkara, 4.
Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Vaqif Musayev, Rəvan Həmzəzadə
Sumqayıt şəhər stadionu.

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.
“Zirə”: 85. Kamal Bayramov (k), 3. Jozej Bum, 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 9. David Manqa, 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 38. İlkin Muradov, 43. Riçard Qadze.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 62. Abdulla Seyidəhmədov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 20. Camal Camalov, 39. Sadiq Quliyev, 74. Yusif Nəbiyev, 87. Müşfiq İlyasov, 99. Nicat Qurbanov.
Baş məşqçi: Ayxan Abbasov.