2018/2019 futbol mövsümünə hazırlaşan “Sumqayıt” hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib.
Yenicag.az xəbər verir ki, Nazim Süleymanovun çalışdırdığı Premyer Liqa təmsilçisi Türkiyə Super Liqasında çıxış edən “Alanyaspor” klubu ilə üz-üzə gəlib.
Topuk Yaylası idman kompleksinin stadionunda baş tutan qarşılaşmada Azərbaycan təmsilçisi 0:7 hesabı ilə məğlub olub.
“Sumqayıt” Türkiyədəki ilk yoxlama oyununda Qətərin “Əl-Şəhaniyə” klubu ilə 1:1 hesablı heç-heçəyə imza atmışdı.